Torpaqla bağlı sifarişlə həyata keçirilən xidmətlər ödənişli olub
Azərbaycanda torpaqla bağlı dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən xidmətlər ödənişli olub.
“Turanın səsi ” in xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliklə dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri, texniki kadastr və yerquruluşu sənədlərinin (kadastr xəritələri və plan-xəritə materialları) tərtibi və bu işlərə dair məlumatların və sənədlərin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi tərəfindən mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun təsdiq edilməsi ilə bağlı göstərilən xidmətlərə görə Tarif (Qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09