MM-in 2023-cü ilin yaz sessiyasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ilk iclası keçirilib
Yanvarın 18-də Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
Komitə sədri Ziyafət Əsgərov iclası açaraq gündəliyə payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və qanun layihələrinin daxil edildiyini deyib. 2022-ci ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə danışan Ziyafət Əsgərov hesabat dövründə komitənin 10 iclasının keçirildiyini, iclaslarda 14 məsələnin müzakirə edildiyini deyib. O, ötən sessiya dövründə komitədə baxılan qanun layihələri barədə məlumat verərək bildirilib ki, hesabat dövründə komitəyə daxil olan 158 ərizə, şikayət və təklif aidiyyəti üzrə baxılıb və müvafiq tədbirlər görülüb.
2023-cü ilin yaz sessiyası üçün komitənin iş planı ilə bağlı Ziyafət Əsgərov diqqətə çatdırıb ki, sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi, habelə komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulunun, ərizə və şikayətlərlə işin təşkili nəzərdə tutulub. İş planına “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin daxil edildiyini bildirən komitə sədri sənədin Milli Məclisin müzakirəsinə hazırlığı barədə danışıb.
” Turanın səsi ” xəbər verir ki , iclasın müzakirəsinə çıxarılan qanun layihələrini müzakirəyə təqdim edərkən Ziyafət Əsgərov layihələrin “Media haqqında” Qanununun icrası ilə əlaqədar hazırlandığını və uyğunlaşdırma xarakteri daşıdığını bildirib.
Belə ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Rəsmi statistika haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Haqsız rəqabət haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” və “Xüsusi iqtisadi zonalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında Əsasnamə”də, “Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi”ndə və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Müflisləşmə və iflas haqqında” “Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Mülki müdafiə haqqında”, “Qrant haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” və “Uşaq hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “İpoteka haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Dərman vasitələri haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Dövlət borcu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Vətəndaşların müraciətləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, ”Fövqəladə vəziyyət haqqında” “Mühasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Torpaq bazarı haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Su təchizatı və tullantı suları haqqında” və “Taxıl haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələrində mətn boyu “kütləvi informasiya vasitələri”, “kütləvi informasiya vasitəsi” kimi ifadələrin “media subyektləri”, “media” ifadələri ilə əvəzləmək təklif olunub.
Məsələlərdə deputatlar Bəxtiyar Sadıqov, Aqil Abbas, Elman Məmmədov çıxış ediblər, fikirlərini bildiriblər.
Müzakirələrin sonunda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci il payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul sayılıb, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiq edilib, gündəlikdəki qanun layihələri isə baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputatlar Əminə Ağazadə, Erkin Qədirli, Elşad Mirbəşiroğlu, Aydın Mirzəzadə və digər rəsmi şəxslər iştirak ediblər
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09