Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilir

0

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilir.

Bu barədə Turanın səsi ” nə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Toplanışda çıxış edən Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıraraq ötən il ərzində görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr barədə məlumat verib.
General-mayor E.Xəlilov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların uğurla davam etdirildiyini və bu islahatların Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.
İdarə rəisi Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturunun təkmilləşdirildiyini qeyd edib, cari il üzrə qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Toplanışda çıxış edən hərbi qulluqçular ordumuzun döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması üçün kadr hazırlığı və komplekləşdirmə üzrə həyata keçirilən fəaliyyətlər barədə məruzələrlə çıxış ediblər.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir