Volodimir Zelenski Belarusa xəbərdarlıq edib

“Belarus Rusiya tərəfindən müharibəyə cəlb olunarsa, bu, onun strateji səhvi olar”.

Turanın səsi ”  “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın TVP telekanalına müsahibəsində deyib.

O bildirib ki, Minsk Ukraynaya hücum etməkdən, Rusiyanın istəyini yerinə yetirməkdən qaçmalıdır: “Rusiyanın məqsədi Belarusu savaşa cəlb etməkdir. Belarusların vəzifəsi ölkənin Rusiya tərəfində müharibəyə tam cəlb olunmasının qarşısını almaq olmalıdır. Ölkələrini xilas etmək belarusluların işidir. Belarusun gələcəkdə sivil dövlətlər xəritəsində tutacağı yer bundan asılı olacaq”.

V.Zelenskinin fikrincə, Belarusun müharibəyə qoşulması həm strateji, həm də tarixi səhv olar.

Qeyd edək ki, Belarus hələ savaşa fəal şəkildə qoşulmayıb. Buna baxmayaraq, Rusiyanın Belarus ərazisindən hücumlar üçün istifadə etdiyinə dair məlumatlar yayılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir