MM-in Aparatının bir qrup əməkdaşı Türkiyə Böyük Millət Məclisində təcrübə mübadiləsində iştirak edir

0

Milli Məclis Aparatının bir qrup əməkdaşı Türkiyədə səfərdədir. Onlar Türkiyə Böyük Millət Məclisində (TBMM) keçiriləcək təcrübə mübadiləsində iştirak edirlər. Qrupa parlamentin Aparat rəhbərinin müavini Yaşar Əməşov başçılıq edir.

Turanın səsi” in xəbərinə görə səfər zamanı TBMM-nin Qanun və Qərarlar, Tədqiqat Xidmətləri, Millət Vəkili Xidmətləri, İnformasiya Texnologiyaları, Kitabxana və Arxiv Xidmətləri, Stenoqram Xidməti üzrə şöbələrinin fəaliyyəti ilə bağlı təqdimatlar təşkil olunacaq.

Milli Məclisin əməkdaşları bu tədbirlərdə Türkiyə parlamentində qanunvericilik prosesi,  sənəd dövriyyəsi və vətəndaş müraciətləri, elektron sənəd dövriyyəsi sistemi, insan resursları sistemi, deputat ofisləri ilə parlament arasında əlaqə, beynəlxalq təşkilatlarla əməkdaşlıq, informasiya resursları və texnologiyaları, səsvermə və iclasın idarə edilməsi, kiber təhlükəsizlik və digər məsələlərlə bağlı işlərin təşkili sahəsində Türkiyə təcrübəsini öyrənəcəklər.

 Əməkdaşlarımız, həmçinin Türkiyənin Milli Kitabxanasını, Dövlət Arxiv İdarəsini, Prezident Administrasiyasının Rəqəmsal Transformasiya İdarəsini ziyarət edəcək, bu qurumların fəaliyyəti ilə yaxından tanış olacaqlar.

Səfər çərçivəsində nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşü nəzərdə tutulub.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir