“Atəşgah Sığorta”nın sədri işdən çıxıb
“Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Azər Əliyev işdən çıxıb.
“Turanın səsi ” xəbər verir ki , Bu barədə şirkətdən bildirilib.
Məlumata görə, onun vəzifəsini müvəqqəti olaraq İH-nin üzvü Tahir Kazımov icra edir. A.Əliyev isə bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İH sədrinin müşaviri kimi çalışacaq. O, həm də “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin sədridir.
Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manatdır. Şirkətin səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09