Kərim Benzema Lionel Messinin rekordunu təkrarlayıb

İspaniyanın “Real” klubunun futbolçusu Kərim Benzema Fransa PSJ-sində çıxış edən Lionel Messinin rekordunu təkrarlayıb.

Turanın səsi ” xəbər verir ki, fransalı hücumçu İspaniya Superkubokunun yarımfinalında “Valensiya” ilə oyunda qol vuraraq buna nail olub.

Qarşılaşmada komandasının yeganə qolunun müəllifi olan Benzema Superkubokda ardıcıl 5-ci matçda fərqlənməyi bacarıb. Ona qədər 2010-2012-ci illərdə “Barselona”nın heyətində Messi Superkubokun ardıcıl 5 görüşündə rəqib qapılarına yol tapa bilib. Argentinalı həmin oyunlarda ümumilikdə 8 qol vurubsa, Benzemada bu göstərici 5-ə bərabərdir.

Benzema, eyni zamanda, İspaniya Superkubokunun ikinci ən yaşlı qolçusudur. O, 35 yaş 23 günlüyündə fərqlənib. Bu baxımdan birinci yerdə 36 yaş 129 günündə turnirdə “Real”ın heyətində qol vuran yarımmüdafiəçi Luka Modriç qərarlaşıb.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçda “Valensiya”nı penaltilər seriyası sayəsində (4:3) məğlub edən “Real” Superkubokda finala yüksəlib. Yarımfinal mərhələsinin digər oyunu bu gün “Betis”lə “Barselona” arasında keçiriləcək.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir