Baş Qərargah rəisi Hərbi İnstitutda olub – VİDEO
Yanvarın 11-də müdafiə nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Heydər Əliyev adına Hərbi İnstitutda olub.
General-polkovnik K.Vəliyev semestr imtahanlarının gedişini yoxlayıb, hərbi institutun tədris-maddi bazasına baxış keçirib, elektron kitabxana, kompüter və digər sinif otaqlarında yaradılan şəraitlə tanış olub.
Bu barədə “Turanın səsi ” nə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Baş Qərargah rəisi şəxsi heyətlə görüşərək onların qarşısında çıxış edib.
Vətən müharibəsində əldə edilmiş qələbədən sonra bölgədə yaranan vəziyyət, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində hərbi infrastrukturun genişləndirilməsi və digər məsələlərə toxunan general-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son müsahibəsində Azərbaycan Ordusu ilə bağlı səsləndirdiyi fikirləri bir daha şəxsi heyətə çatdırıb. O, Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə Ordumuzun hər an hazır olduğunu bildirərək ölkəmizin Cənubi Qafqazın ən güclü Ordusuna malik olduğunu xüsusi vurğulayıb.
Hərbi təhsil sahəsində qardaş Türkiyə və dünyanın digər qabaqcıl ölkələrinin təcrübəsindən yararlanmağın vacibliyini qeyd edən Baş Qərargah rəisi gələcək zabitlərin peşəkar komandir kimi yetişməsi üçün fərdi hazırlığa xüsusi diqqət yetirilməsini, habelə bilik və bacarıqlarının daim artırılmasını tövsiyə edib.
Hərbi təhsil sahəsində islahatların davam etdiriləcəyini qeyd edən general-polkovnik K.Vəliyev təlim və tədris prosesinin daha keyfiyyətli təşkili ilə bağlı müdafiə nazirinin tapşırıqlarını aidiyyəti vəzifəli şəxslərə çatdırıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09