Azərbaycan Milli Məclisi və Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisində

0

Yanvarın 11-də Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri arasında görüş keçirilib.

Turanın səsi” in Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım qonaqları salamlayaraq, qarşılıqlı səfərlərin və görüşlərin əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyini söyləyib. İki ölkə və xalqlarımız arasında ortaq mənəvi dəyərlərə söykənən dostluq, qardaşlıq münasibətlərinin olduğunu bildirib.

O, dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın  xüsusi rolundan danışaraq, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qrupları arasında sıx əlaqələrin olduğunu qeyd edib. Parlamentlərin müvafiq komitələri arasında da əməkdaşlığın  inkişaf etdirilməsinin vacibliyindən bəhs edib. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində iştirakını təqdir edib.

Fatma Yıldırım Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdiyini vurğulayıb. Hazırda bu ərazilərdə bərpa və yenidənqurma işlərinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Səmimi görüş və qonaqpərvərlik üçün minnətdarlığını bildirən  nümayəndə heyətinin başçısı, Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Fayez bin Abdullah Əl-Şehri xalqlarımız arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirib. O, parlament nümayəndə heyətləri arasında  qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Dostluq qrupunun rəhbəri və üzvləri öz çıxışlarında ölkəmizə səfərdən məmnunluqlarını ifadə ediblər, Azərbaycanda gördükləri inkişafla bağlı xoş təəssüratlarını bölüşüblər. Səudiyyə Ərəbistanının Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildiriblər. Qonaqlar turizm, energetika, neft-qaz, bərpa olunan enerji, investisiya istiqamətlərində əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən söhbət açıblar. Habelə, təhsil, elm sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmli olduğunu söyləyiblər. Ölkələrində qadınların ictimai-siyasi həyatda fəal iştirak etdiyini bildiriblər.

Parlamentlərarası əlaqələrlə bağlı fikirlərini bölüşən Səudiyyə Ərəbistanı nümayəndə heyətinin üzvləri dostluq qrupları çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən bəhs ediblər. Hər iki ölkə parlamentlərində mövcud olan müvafiq komitələr arasında əlaqələrin qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətindən danışıblar.

Görüşdə Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əhliman Əmiraslanov, Anar İsgəndərov, Aydın Mirzəzadə, Anar Məmmədov,  Ceyhun Məmmədov, Könül Nurullayeva iştirak ediblər. 

Deputatlarımız öz çıxışlarında parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini açıqlayıblar. Səudiyyə Ərəbistanının Azərbaycanın mövqeyini müxtəlif platformalarda dəstəklədiyini qeyd ediblər. Səhiyyə, təhsil, gənclər və idman sahələrində əməkdaşlığın inkişaf etdiyini söyləyiblər. 

Söhbətdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. 

Milli Məclisin Mətbuat və 

ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir