“Sədərək” ticarət mərkəzində 27 mağazanı qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

0

Azərbaycan Respublikası Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatı

Xəbər verildiyi kimi, yanvarın 8-i saat 18 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş vermişdir.

Baş vermiş hadisə ilə bağlı zəruri istintaq hərəkətləri aparılmışdır.

Bu barədəTuranın səsi nə FHN-ın mətbuat xidmətindən bildirilib.

İlkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrilə cinayət işi başlanmışdır.

İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir