Yaponiyada quş qripinə görə 100 minə yaxın toyuq məhv ediləcək

Yaponiyanın Miyazaki prefekturasında yeni quş qripi epidemiyasının yayılması üzündən, təxminən, 100 min toyuğun məhvinə başlanılıb.

Turanın səsi ” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, ötən gün Kavaminami şəhərində yumurta istehsalı üzrə toyuq fermasının işçiləri ölü toyuqlar aşkar ediblər. Genetik analiz toyuqlar arasında quş qripinin yüksək patogenli ştamının yayıldığını təsdiqləyib.

Nəticədə fermanın ətrafında 3 kilometr radiusda toyuq və yumurtaların daşınması üçün karantin tətbiq edilib. Üstəlik, 10 kilometrlik zonadan toyuq və yumurta ixracı qadağan edilib.

Xatırladaq ki, bu mövsüm (son epidemiya da daxil olmaqla) Yaponiyada quş qripi səbəbindən 10 milyon toyuq öldürülüb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir