MM-in sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkiyənin Antalya şəhərinə səfər edəcək
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında iştirak etmək üçün yanvarın 8-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcək.
“Turanın səsi ” in xəbərinə görə Nümayəndə heyətinin tərkibinə parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan İlham Məmmədov, Anar Məmmədov, Aydın Hüseynov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Nümayəndə heyətimiz Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyasının gündəliyinə daxil olan məsələlərin müzakirəsində iştirak edəcək, Azərbaycan tərəfinin mövqeyini bildirəcək.
Səfər çərçivəsində Milli Məclisin sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09