“Qarabağ”ın futbolçusu 2022-ci ildə dünyanın bombardirləri siyahısına düşüb

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı 2022-ci ildə dünyanın bombardirləri sırasına düşüb.

Turanın səsi” xəbər verir ki, “Qarabağ”ın hücumçusu il ərzində vurduğu 25 qolla 67 nəfərlik siyahının 55-ci pilləsində qərarlaşıb.

Onunla birlikdə daha 14 oyunçunun aktivində 25 top var. Şeydayev bu qollardan 18-ni Premyer Liqada, 4-nü ölkə kubokunda, 1-ni avrokuboklarda, 2-ni isə yığmanın heyətində vurub.

Cədvələ Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe başçılıq edir. 24 yaşlı forvard ümumilikdə 56 oyuna çıxıb, eyni sayda fərqlənib. Mbappe ən yaxın izləyicisi olan norveçli Erlinq Haland və braziliyalı Berqsonu 10 qol qabaqlayıb.

Qətərdə keçirilən dünya çempionatında kuboku qazanan Argentina millisinin kapitanı Lionel Messi 35 qolla 11-ci sırada yer alıb. “Qızıl top”un sahibi fransalı Kərim Benzema aktivinə 33 top yazdırıb ki, bu, onun 16-cı pillədə qərarlaşması ilə nəticələnib.

İlk “10-luq”:

YerFutbolçuKlubuÖlkəsiQollarCəmi
MLÖKBKTMK
1Kilian MbappePSJFransa32391256
2Erlinq Haland“Borussiya” D. (Almaniya), “Mançester Siti” (İngiltərə)Norveç3025946
3Berqson“Djoxor” (Malayziya)Braziliya2911646
4German Kano“Fluminense” (Braziliya)Argentina335644
5Robert Levandovski“Bavariya” (Almaniya), “Barselona” (İspaniya)Polşa299442
6Boris Kopitoviç“Tampins Rovers” (Sinqapur)Monteneqro355141
7Mehdi Taremi“Porto” (Portuqaliya)İran2176539
8Tiaqo Azulyao“Petro de Luanda” (Anqola)Braziliya2541039
9Kodai Tanaka“Albireks Niiqata” (Sinqapur)Yaponiya33639
10Kristofer Nkunku“Leypsiq” (Almaniya)Fransa255

Qeyd: ML (milli liqa), ÖK (ölkə kuboku), BKT (beynəlxalq klub turniləri), MK (milli komanda)

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir