“Neftçi” serbiyalı müdafiəçini transfer etmək istəyir

“Zirə”nin futbolçusu Nemanya Andelkoviç karyerasını “Neftçi”də davam etdirəcək.

Turanın səsi” in əldə etdiyi məlumata görə, 25 yaşlı serbiyalı müdafiəçi “ağ-qaralar”ın diqqət mərkəzinə düşüb.

Artıq “Zirə” ilə yollarını ayırmış futbolçunun keçidi yaxın günlərdə baş tutacaq.

“Zirə” ilə 2021-ci ilin yanvarında 2.5 illik müqavilə imzalamış Andelkoviçin anlaşmasının müddəti mövsümün sonunda başa çatmalı olsa da, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı sonlandırıblar. Qış təlim-məşq toplanışı üçün bu gün Antalyaya yola düşən komandanın heyətində serbiyalı müdafiəçi olmayıb.

Qeyd edək ki, Andelkoviç Azərbaycana gəlməmişdən əvvəl ölkəsində “Radnik”, “Metalaç”, “Yavor”, “Pivara” və “Zlatibor” klublarında çıxış edib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir