Dövlət Qulluğunu İdarəetmə Şurasına yeni səlahiyyət verilib

0

Dövlət Qulluğunu İdarəetmə Şurasına yeni səlahiyyət verilib.

Turanın səsi ” in xəbərinə görə, bununla bağlı “Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsəsnamə”yə dəyişiklik təklif edilib.

Dəyişikliklə Əsasnaməyə yeni maddə əlavə olunur. Bununla da Şuranın səlahiyyətləri artırılır.

Belə ki, yeni maddəyə əsasən, Dövlət Qulluğunu İdarəetmə Şurası “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq dövlət qulluqçularının qulluq stajının hesablanması, onlara ixtisas dərəcələrinin verilməsi, habelə xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı olaraq uyğunlaşdırılması ilə əlaqədar yaranmış mübahisələrə dair dövlət qulluqçuları və ya dövlət orqanlarının, habelə dövlət qulluğuna xitam verilmiş şəxslərin müraciətlərinə baxacaq.

Milli Məclis “Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsəsnamə”yə dəyişiklik layihəsini sonuncu – III oxunuşda müzakirə edərək qəbul edib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir