Pele ilə vida mərasimi “Santos” klubunun stadionunda keçiriləcək

Braziliyalı üçqat dünya çempionu Pele ilə vida mərasimi San-Pauluda yerləşən “Santos” futbol klubunun stadionunda keçiriləcək.

Turanın səsi” xəbər verir ki, bu barədə “Je-1” portalı məlumat yayıb.

Bildirilib ki, dekabrın 23-dən həkimlər əfsanəvi futbolçunun səhhətinin pisləşməsi barədə məlumat verdikdən sonra anım mərasiminin təşkili üçün avadanlıqlar stadiona gətirilməyə başlanılıb. Mərasimin gün yarım davam edəcəyi gözlənilir.

Xatırladaq ki, braziliyalı əfsanəvi futbolçu Pele dekabrın 29-da San-Paulu klinikasında 82 yaşında vəfat edib. Pele 3 qat (1958, 1962, 1970-ci illər) dünya çempionu olan yeganə futbolçudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Sabiq forvard FIFA-nın versiyasına əsasən XX əsrin ən yaxşı futbolçusu elan edilib.

Hücumçu Braziliyanın “Santos” (1956-1974-cü illər) və ABŞ-ın “Nyu-York Kosmos” (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir