Elm və təhsil komitəsinin iclasında
Dekabrın 28-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.
İclası açan komitə sədri Bəxtiyar Əliyev gündəliyə iki məsələnin – “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə üçüncü oxunuşda olan qanun layihələrinin daxil edildiyini bildirib.
Bəxtiyar Əliyev qeyd edib ki, qanun layihələri geniş müzakirə olunub, dünənki plenar iclasda da 6 deputat bugünkü birinci məsələ ilə bağlı çıxış ediblər. Komitə sədri deputatların təhsillə bağlı qaldırdıqları məsələlərə aydınlıq gətirib. O, Milli Məclisin spikeri Sahibə Qafarova tərəfindən təhsil sahəsində deputatları və seçiciləri narahat edən məsələlərlə bağlı parlamentin növbəti sessiyasında dinləmənin keçirilməsi təklifinin verildiyini qeyd edib.
Bəxtiyar Əliyev bildirib ki, müzakirəyə çıxarılan “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (üçüncü oxunuş) təhsilalanların ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq, akademik məzuniyyət götürmək kimi hüquqları geniş şəkildə təsbit olunub. Bu hüquqların gerçəkləşdirilməsi üçün mexanizmləri nəzərdə tutan qaydaların müəyyənləşdirilməsi isə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir.
Gündəliyin 2-ci məsələsi olan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Bəxtiyar Əliyev diqqətə çatdırıb ki, layihədə təklif edilən dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır və sənəddə internat tipli ümumtəhsil müəssisələri anlayışının qanunvericiliyə uyğun olaraq verilməsi öz əksini tapıb.
“Turanın səsi ” Qanun layihələrinin müzakirəsində komitənin sədr müavini Musa Qasımlı, komitə üzvləri Müşfiq Məmmədli, Etibar Əliyev, Kamilə Əliyeva çıxış ediblər, fikirlərini və qeydlərini səsləndiriblər.
Komitə sədri Bəxtiyar Əliyev deputatların səsləndirdikləri qeydlərə münasibət bildirəndən sonra qanun layihələri üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda deputatlar Ülviyyə Ağayeva, Tamam Cəfərova, İsa Həbibbəyli, Afət Həsənova, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Ceyhun Məmmədov, Aqiyə Naxçıvanlı, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09