Tahir Mirkişili: “Diplomatik xidmət əməkdaşlarının maaşları artırılacaq”
Azərbaycanda “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” qanunlara və Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihələri qəbul edildikdən sonra diplomatik xidmət əməkdaşlarının maaşları artırılacaq.
“Turanın səsi” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
“Bu artım 2023-cü il dövlət büdcəsində artıq nəzərə alınıb. Layihənin maliyyə yükü bəllidir. Gələn il bunun maliyyələşməsi üçün hər hansı çətinlik gözlənilmir”, – o bildirib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09