Azərbaycanda “Təhsil haqqında” qanunun yenilənməsi təklif olunur

0

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Təhsil haqqında” qanunun yenilənməsi təklif olunub.

Turanın səsi”  xəbər verir ki, bu təkliflə deputat Fəzail Ağamalı çıxış edib.

“Təklif edirəm ki, növbəti sessiyaya qədər “Təhsil haqqında” qanun yenidən işlənilsin. Bugünkü qanun 15 il müzakirə olundu, 1996-cı ildən başlayaraq 2009-cu ilə qədər ən müxtəlif platformalarda tənqid olunmasına baxmayaraq, qəbul edildi, amma təhsildə hansısa inkişafın şahidi olmadıq. Bu gün “Təhsil haqqında” qanun Azərbaycan təhsilində buxov rolunu oynayır. Kifayət qədər arqument gətirmək olar”, – deyə o qeyd edib.

Parlamentin sədri Sahibə Qafarova isə bildirib ki, növbəti sessiyada bu barədə böyük dinləmə keçirilə bilər.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir