Baş DYP İdarəsi tərəfindən moped və velosiped sürücülərinə işıqqaytarıcı jiletlər paylanılıb

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən paytaxt ərazisində moped və velosiped sürücülərinə xüsusi işıqqaytarıcı jiletlər paylanılıb. Aksiya paytaxtın müxtəlif ərazilərində keçirilib.

Bu barədəTuranın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Çatdırılma xidmətini həyata keçirən şəxslərə bu jiletlər hədiyyə edilib və onlarla maarifləndirici söhbətlər aparılıb.

Aksiyanın keçirilməsində məqsəd mopedlərin iştirakı ilə baş verə biləcək                yol-nəqliyyat hadisələrinin qarşısının alınmasından ibarətdir. Qeyd edək ki sutkanın qaranlıq vaxtı, xüsusi ilə məhdud görünmə şəraitində bu jiletlərdən istifadə edilməsi yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaqdır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir