MM Azərbaycanla Türkiyə arasında daha bir sazişi ratifikasiya edib
Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” sazişi təsdiqləyib.
“Turanın səsi” xəbər verir ki , 15 maddədən ibarət saziş 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanıb.
Sazişin məqsədi ölkələr arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığı inkişaf etdirmək və bitkiçilik məhsullarının ticarət və mübadiləsini asanlaşdırmaqdır.
Sənədə uyğun olaraq, karantin nəzarətində olan materialların ixracı, idxalı və tranziti dövlətlərin qanunvericiliyi ilə müəyyən olunan qaydada sərhəd-buraxılış məntəqələri vasitəsilə həyata keçirilir, həmçinin fitosanitar nəzarəti zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, idxalçı tərəf yoluxmanı aradan qaldırmaq, yoluxmuş malları zərərsizləşdirmək və ya ixrac edən tərəfə geri qaytarmaq üçün tədbirlər görür.
Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09