Naxçıvan Ali Məhkəməsinə yeni hakimlər təyin edilib
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə iki yeni hakim təyin edilib.
“Turanın səsi” xəbər verir ki , bununla bağlı ” Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi Bəylərli Səxavət Şahhüseyh oğlu və Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09