Beyləqan Regional Mühafizə Şöbəsi 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünü dərin ehtiramla yad etdi
Beyləqan Regional Mühafizə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Araz Cavadov
və şöbənin şəxsi heyəti Zəfər Günü və Anım Günü tədbirləri çərçivəsində, rayon rəhbərliyi və digər hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Şəhidlər Xiyabanını və yeni tikilmiş memorial abidə kompleksini ziyarət edib önünə gül dəstələri qoyaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“turaninsesi.az” xəbər verir ki, ziyarət zamanı Beyləqan Rayon Mühafizə Şöbəsinin rəisi polis polkovnik leytenanti Araz Cavadov şəhid ailələrinə başsağlığı verib və söhbət zamanı, qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun əks hücumu nəticəsində 44 gün müddətinə torpaqlarımız yağı düşməndən azad olundu. 30 illik Vətən həsrətinə son qoyuldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin Zəfərimiz mübarək olsun deyə vurğulayıb.



Arzu Paşaqızı