QDİƏT PA-nın komitə iclasında

Milli Məclisin deputatı Kamran Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq komitəsinin iclasında iştirak etmək üçün noyabrın 1-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcək.


Komitənin iclasında “Qara Dəniz İqtisadi Əməkdaşlıq regionunda innovasiyalara parlament dəstəyi: elm və texnologiyanın inkişafına qanunvericilik yanaşmaları” mövzusunda sənəd müzakirə olunacaq.

Arzu Paşaqızı