Bu vətəndaşlara pulsuz hüquqi yardım ediləcək
Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edən deputat Bəhruz Məhərrəmov təqdim olunan sənədin mühüm sosial və hüquqi əhəmiyyətə malik olduğunu bildirib.
“turaninsesi.az ” xəbər verir ki, eputat diqqətə çatdırıb ki, 14 qanuna dəyişiklik edilməsini nəzərdə tutan bu sənədi yalnız adi texniki uyğunlaşdırma kimi qiymətləndirmək doğru olmazdı.
B.Məhərrəmov vurğulayıb ki, qanun layihəsi həssas əhali qruplarının hüquqi yardım almaq imkanlarının genişləndirilməsini, onların konstitusion hüquqlarının daha effektiv qorunmasını və hüquqi müdafiəsinin gücləndirilməsini hədəfləyən dərin sosial məzmuna malikdir.
Deputat, həmçinin əlavə edib ki, sənədin dövlət başçısının qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim olunması həssas təbəqələrin müdafiəsi istiqamətində nümayiş etdirilən ali siyasi iradənin əməli təsdiqidir.
Atzu Paşaqızı