Yol nəqliyyat hadisələri
Ötən iki ay ərzində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında quraşdırılmış videomüşahidə kameraları vasitəsi ilə 400-dən çox yol-nəqliyyat hadisəsi qeydiyyata almışdır ki, bunun da böyük hissəsi maddi ziyanla və bəzən xəsarətlə nəticələnən qəzalardır.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Aparılan müşahidələrə əsasən, hadisələrin əsas səbəbi ara məsafəsinə düzgül əməl edilməməsi, sürət həddinin aşılması, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyidir. Günün müxtəlif vaxtlarında baş vermiş qəzalar nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olaraq yollarda sıxlığa səbəb olur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücüləri yollarda son dərəcə diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09