DÇ-2022: Lionel Messi FIFA-nın reqlamentini pozub
Argentina millisinin kapitanı Lionel Messi FIFA-nın reqlamentini pozub.
“Turanın səsi ” xəbər verir ki, buna 35 yaşlı futbolçunun Qətərdəki dünya çempionatının finalında Fransanı məğlub edikləri oyundan sonra mükafatlandırma mərasimindəki hərəkəti səbəb olub.
Təcrübəli forvard dünya kubokunu əynində ərəblərə məxsus geyim tərzi olan biştlə başı üzərinə qaldırıb.
Ali futbol qurumunun qaydalarına əsasən, final matçında bayram geyimlərindən yalnız FIFA-nın rəsmi tədbirləri başa çatdıqdan sonra (bu müddət ərzində komanda müvafiq oyun üçün nəzərdə tutulan formaları geyinməlidir) istifadə oluna bilər.
Maraqlıdır ki, Messi bişti qəbul edərkən FİFA prezidenti Canni İnfantino da səhnədə olub və buna heç bir reaksiya verməyib.
Qeyd edək ki, Argentina və Fransa yığmaları arasında final matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) “tanqoçular” 3-cü dəfə dünya çempionu olublar.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09