Dövlət qulluğunda nələr dəyişir? – Milli Məclisdən mühüm qərar

Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsi səsverməyə qoyularaq üçüncü – sonuncu oxunuşda qəbul edilib.

“turaninsesi.az ” xəbər verir ki, qanun layihəsində dövlət qulluqçusu hesab olunmayan şəxslərlə vakant vəzifələr üzrə müddətli əmək müqavilələrinin bağlanması qaydaları da əksini tapıb. 

Sənədə əsasən, dövlət orqanının rəhbəri vakant vəzifə üzrə qulluq funksiyalarının icrasını həmin vəzifə dövlət qulluğu haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada tutulanadək 1 ildən çox olmamaq şərtilə dövlət qulluqçusu olmayan şəxslərə həvalə edə biləcək. Dominos pizza

Dövlət qulluğu vəzifəsinin bu qaydada həvalə olunmasına yalnız o halda yol veriləcək ki, həmin vakant vəzifə Məcəlləyə uyğun olaraq tutulması üçün müsabiqəyə və ya daxili müsahibəyə çıxarılsın və bu həvalə edilmə barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma rəsmi məlumat verilsin.

Arzu Paşaqızı