Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşüb

Oktyabrın 14-də ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib.


Kamboca Krallığının Baş naziri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Daha sonra Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar. Kamboca Krallığının Baş naziri Hun Manet buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra tərəflər arasında görüş keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu səfər Kamboca və Azərbaycan arasındakı yüksək səviyyəli münasibətlərin bariz göstəricisidir. O, qeyd edib ki, bu səfər zamanı qonağın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransın (AQEM) Zirvə Görüşündə iştirakı Kambocanın dialoqa, bütün regionda sülh və təhlükəsizliyin təşviqinə sadiq olduğunu nümayiş etdirir.

Arzu Paşaqızı