Əmək və sosial siyasət komitəsində

Oktyabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

“turaninsesi.az” xəbər verir ki, İclası açan komitə sədri Musa Quliyev gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.
Əvvəlcə komitə sədri “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) müzakirəyə çıxarıb. Komitə sədri sənədi Azərbaycanda sosial sığorta prinsiplərinə əsaslanan pensiya təminatı mexanizmlərinin təkmilləşdirilməsi və pensiya təyinatı şərtlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan növbəti addım kimi dəyərləndirib. Qeyd olunub ki, dəyişikliklərlə bağlı birinci oxunuşda ətraflı məlumat verilib və layihə deputatlar tərəfindən dəstəklənib. Vurğulanıb ki, sənəd pensiya təminatı sistemində sosial ədalətin daha da gücləndirilməsinə xidmət edir.

Arzu Paşaqızı