Şuşada mühüm mesaj: Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir!
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 2-də Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Şuşa şəhərində keçirilən görüşdə Azərbaycan-Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin, o cümlədən hərbi əməkdaşlığın bütün istiqamətlərdə dinamik inkişaf etdiyi vurğulanıb.
Tərəflər iki ölkə arasında hərbi əməkdaşlığın miqyasının genişləndirilməsinin dövlət rəhbərlərinin daim diqqətində olduğunu qeyd ediblər.
Görüşdə hərbi qulluqçuların iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” birgə hərbi təliminin əhəmiyyəti də vurğulanıb. Müdafiə nazirləri Azərbaycan və Türkiyə arasında tərəfdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.
İkitərəfli görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq, həmçinin regional təhlükəsizlik və bölgədə dayanıqlı sülhün təmin olunması yolları müzakirə edilib.
Arzu Paşaqızı