Ağcabədidə 8 kiloqram narkotik vasitə aşkarlanıb
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib.
Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat daxil olub.
Tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini E.Məmmədov saxlanılıb. Ondan 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, E.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Arzu Paşaqızı