Zaqatalada keçmiş məhkumdan 1,5 kiloqram narkotik vasitə aşkarlanıb


Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat daxil olub.


Tədbirlərlə əvvəllər məhkum olunmuş F.Buğluyev saxlanılıb. Ondan 1 kiloqram 500 qram narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, F.Buğluyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Arzu Paşaqızı