Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir – VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilən ərazilərimizdə mühəndis işləri davam etdirilir.
Bu barədə “Turanın səsi” nə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində cari il ərzində Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində mürəkkəb relyefli, o cümlədən çətin keçilən ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 334 km-dən çox yeni təminat yolu çəkilib.
Bundan başqa Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz, eyni zamanda, fasiləsiz hərəkətini təmin etmək məqsədilə 2022-ci ilin noyabr və dekabr ayları ərzində ümumilikdə 2564 km yol qar örtüyündən təmizlənib.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09