Elm və təhsil komitəsinin iclasında

Sentyabrın 11-də Milli Məclisin Elm və təhsil komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Anar İsgəndərov yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb və gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.


Komitə sədri, ilk növbədə, 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Elm və təhsil komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ötən sessiya dövründə komitənin 12 iclası keçirilib, ümumilikdə 16 məsələyə baxılıb.
Qeyd edilib ki, hesabat dövrü ərzində komitə sədri və üzvləri Vətən müharibəsi şəhidlərinin anım günlərinə həsr olunmuş tədbirlərdə iştirak etmiş, ailə üzvləri ilə görüşmüşlər. Bununla yanaşı, komitə sədrinin qəbul günlərində 21 nəfər vətəndaş qəbul edilib, onların müraciətləri dinlənilərək, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılıb.

Arzu Paşaqızı