Nazir mərhum prokurorun general oğlunu rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında yeni Baş İdarə yaradılıb.

turaninsesi.az ” xəbər verir ki, yeni yaradılan qurumun adı Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsidir.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarının rəis müavini general-mayor Elçin Şirxan oğlu Adıgözəlov vəzifəsindən azad edilərək, Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, 2020-ci ilin 15 dekabrında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Elçin Adıgözəlova general-mayor rütbəsi verilib. O, bir sıra rayonlarda prokuror vəzifəsində işləmiş mərhum Şirxan Adıgözəlovun oğludur.

Arzu Paşaqızı