Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova Latın Amerikası və Karib Hövzəsi Ölkələri qrupu GRULAC-ın təşkilatçılığı ilə Argentinanın Buenos-Ayres şəhərində keçirilən “Texnoloji transformasiya, siyasi parçalanma və demokratik etimad böhranı qarşısında parlamentlərin rolu” mövzusuna həsr olunmuş Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda xüsusi qonaq qismində onlayn çıxış edib.


Parlamentin sədri bildirib ki, müasir dövrdə rəqəmsal texnologiyalar dövlət təsisatlarının fəaliyyətini və onların vətəndaşlarla qarşılıqlı münasibətlərini köklü şəkildə dəyişir. O deyib ki, bu proses parlamentlər üçün böyük imkanlar açmaqla yanaşı, həm də ciddi məsuliyyətlər yaradır. Rəqəmsallaşmanın parlamentlərin şəffaflığını və əlçatanlığını artırdığını vurğulayan spiker, texnologiyaların heç bir halda cavabdehliyi, siyasi dialoqu və güclü institusional strukturları əvəz edə bilməyəcəyini diqqətə çatdırıb.

Arzu Paşaqızı