Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasında işgüzar səfərdədir.

Səfər çərçivəsində parlamentin sədri Cenevrə Universitetində “Sülhün, dialoqun və davamlı inkişafın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusunda çıxış edib.
Spiker Sahibə Qafarova çıxışında parlament diplomatiyasının beynəlxalq münasibətlərdə sülhün, dialoqun və əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib. O, bildirib ki, parlamentlər fikir ayrılıqlarının qarşıdurma deyil, müzakirə, qaydalar və məsuliyyət çərçivəsində idarə olunması üçün mühüm platformadır. Milli Məclisin sədri, ölkələr arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması, qarşı tərəfin mövqeyinin daha yaxşı anlaşılması və dialoqun davam etdirilməsi baxımından parlamentlərə mühüm imkanlar verildiyini söyləyib.

Arzu Paşaqızı