Ölkədə hava SİQNALI: Rayonlara leysan yağdı
Azərbaycanın bəzi ərazilərində qeyri-sabit və yağıntılı hava şəraiti davam edir.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı ərazilərdə yağıntılar leysan xarakterli olub.
Ən çox yağıntı Qusarda qeydə alınıb – 8 mm. Balakən və Qobustanda 5 mm, Şahbuzda 4 mm, Beyləqan, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Lənkəran, Lerik və Şamaxıda isə 3 mm yağıntı düşüb.
İsmayıllı, Altıağac, Zərdab, Şuşa, Bakı və Abşeron yarımadasında 2 mm, digər ərazilərdə isə 1 mm-dək yağıntı qeydə alınıb.
Qeyd edək ki, avqustun 31-də Azərbaycanın bəzi rayonlarında, o cümlədən dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək çaxması və ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağıntı ehtimalı var.