Gizlədilən silahlar düzə çıxdı – Polis onların planını belə pozdu
Avqustun 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silah-sursat aşkar ediblər.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilən əməliyyat və profilaktik tədbirlər nəticəsində 3 avtomat silah, 1 tapança, 10 tüfəng, 4 patron darağı və 51 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Arzu Paşaqızı