Narkotiklə Bakıdan Tbilisiyə uçmaq istəyirdi

Heydər Əliyev Beynəlxalq Hava Lİmanında bir sərnişində narkotık vasitə aşkar edilib.

turaninsesi.az ” Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, saxlanılan şəxs Bakı-Tiflis aviareysi ilə gedən Azərbaycan vətəndaşıdır.

Onun üzərində aparılan yoxlama zamanı kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 15,849 qram kokain aşkar olunub. 

Daha sonra həmin şəxsin kirayədə yaşadığı evdən 16 qrama qədər narkotik vasitə – qurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 2,440 qram olan çətənə bitkisinin toxumları, 2 həb psixotrop maddə aşkar edilib.

Arzu Paşaqızı