Deputat beynəlxalq tədbirdə iştirak edəcək

Saat:  12:27

Milli Məclisin deputatı, Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin Seyidzadə Parlamentlərarası Sədrlər Konfransının 2-ci iclasında iştirak etmək üçün avqustun 25-də Kamboca Krallığının paytaxtı Pnompen şəhərinə səfər edəcək.

Bu barədə turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə “Sülh və ortaq rifah naminə həmrəylik: Beynəlxalq hüququn gücləndirilməsi və münaqişələrin sülh yolu ilə həll edilməsi” mövzusunda müzakirələr aparılacaq.

Səfər avqustun 29-da başa çatacaq.

Arzu Paşaqızı