DİN: Axtarışda olan 107 şəxs saxlanılıb
Avqustun 21-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.
“turaninsesi.az – a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə , axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Arzu Paşaqızı