Masazırda arvad ərini bıçaqladı
Masazırda qadın ərini öldürməkdə şübhəli bilinir.
“turaninsesi.az ” xəbər verir ki, avqustun 19-da saat 12 radələrində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, arvadı – 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.
Arzu Paşaqızı