Sahibə Qafarovanın prezident postuna namizədliyi irəli sürüldü
Milli Məclisinin sədri Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Joqorku Keneşin (parlament) vitse-spikeri Bolot İbrahimovla görüşündə danışıb.
Hazırda Parlamentlərarası İttifaqın prezidenti Tanzaniya parlamentinin spikeri Tuliya Eksondur. O, 2023-cü il oktyabrın 27-də vəzifəsinin icrasına başlayıb, onun səlahiyyətləri 3 illik müddətə nəzərdə tutulub.
Arzu Paşaqızı