Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb.


Görüşdə parlamentlərarası əlaqələrin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm hissələrindən biri olduğu vurğulanaraq, qanunverici orqanlarımız arasında sıx əlaqələrin qurulması və qarşılıqlı təmasların genişləndirilməsindən razılıq bildirilib. Spiker Sahibə Qafarova özünün Birləşmiş Krallığa səfərlərini və Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl ilə görüşlərini, həmçinin, parlamentarilər arasında qarşılıqlı səfərləri xatırladaraq qeyd edib ki, bu təmaslar parlamentlərimiz arasında mövcud olan əlaqələrin daha da inkişafına xidmət edir.

Arzu Paşaqızı