HHQ və XTQ komandanları təltif olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Havva Qüvvələri (HHQ) və Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanlarını təltif edib.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Z.Həsənovun müvafiq əmrinə əsasən, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Namiq İslamzadə fəxri fərman, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov isə “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalı ilə təltif olunublar. 

Arzu Paşaqızı