2 gündə 81 cinayətin üstü açılıb – DİN

İyulun 4-də və 5-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin edilib.

turaninsesi.az “- a DİN-in Mətbuat Xidmətindən daxil olan məlumata görə , axtarışda olduğuna görə ümumilikdə 42, o cümlədən borclu şəxs qismində axtarışda olan 25, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər də saxlanılıb.

Arzu Paşaqızı