İtaliya Deputatlar Palatasının komitə sədri ilə görüşdə

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İtaliya Deputatlar Palatasının Konstitusiya, şura sədrliyi və daxili işlər məsələləri komitəsinin sədri Nazario Paqano ilə görüşüb.
Tərəflər Azərbaycan ilə İtaliya arasında münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlıq məsələləri, eləcə də parlament diplomatiyasının ikitərəfli əlaqələrin daha da inkişafına verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıblar.

Arzu Paşaqızı