Doğum gününüz mübarək cənab NAZİR!
28 iyun – Azərbaycanın hərbi və siyasi xadimi, general-polkovnik, Azərbaycan Respublikasının daxili işlər naziri (2019-cu ildən), Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini (2016–2019) Vilayət Eyvazovun doğum günüdür.
Həyatı
Vilayət Eyvazov 28 iyun 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.
Fəaliyyəti
Vilayət Eyvazov 1994-cü ilin noyabr ayında daxili işlər orqanlarında polis nəfəri kimi fəaliyyətə başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib. Ardınca Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001–2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru rütbəsi alıb, 2005-ci ildə Daxili İşlər nazirinin müavini təyin olunub. 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilib.
Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini vəzifəsindən azad edilib və həmin tarixdə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.
✔️ Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Əsas Qanunu və dövlət quruluşunun müdafiəsində, əminv- amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüş, Azərbaycan Respublikası Ölkəbaşçısının 30 iyin 2002 – ci il tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 01 iyul 2008 – ci il tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı, 01 iyul 2014 – cü il tarixli 598 nömrəli Sərəncamı ilə 2 – ci dərəcəli “Vətənə xidmətə görə”, 29 iyun 2018 – ci il tarixli 263 nömrəli Sərəncamı ilə 1 – ci dərəcəli “Vətənə xidmətə görə” və 09 dekabr 2020 – ci ildə Zəfər ordenləri ilə təltif edilmişdir.
Cənab Naziri doğum günü münasibəti ilə təbrik edir, yeni yaşında sağlam ömür və bol nailiyyətlər arzu edirəm !
Hörmətlə : “turaninsesi.az” saytınnın təsisçi və baş redaktoru Arzu Paşaqızı